CISCO LAB

Cisco Şəbəkə Laboratoriyası

Centurion Data Services Azərbaycanda ilk olaraq Cisco şəbəkə həlləri üzrə ixtisaslaşmış praktiki modelləşdirmə, layihələşdirmə və laborator işlərinin görülməsi üçün laboratoriya mərkəzini məmnuniyyətlə Sizə təqdim edir.

Hazırda laboratoriyamızda 120 dən çox müxtəlif Cisco cihazları, reklər və digər avadanlıqlar mövcuddur. Laboratoriyanın sərəncamında olan Cİsco və digər avadanlıqlar:

- Cisco Switch - 2960, 3560, 3750
- Cisco Router - 881, 1921, 2921,
- Cisco Firewall - 5520
- Cisco Access Point - 1131, 1142, 2602
- Digər avadanlıqlar - SFP modullar, Access Server, şəbəkə kabelləri, optik kabellər.
- Laboratoriyada məşğələ zamanı istifadə olunacaq İnternet xəttlərimiz və sabit public İP adreslərimiz var.

Laboratoriyamızda aşağıdakı istiqamətlər üzrə məşğələlər keçmək mümkündür:

- Cisco CCNA Switching Routing
- Cisco CCNA Security
- Cisco CCNA wireless
- Cisco CCNP Switching Routing
- Cisco CCNP Security
- Cisco CCNP wireless

Tələb olunarsa, individual şəkildə CCİE səviyyəli laboratoriyaların da qurulması mümkündür. Digər laboratoriya konfiqurasiyası sifariş əsasında qurula bilər.

1 mütəxəssis üçün təqdim olunan laborator paket:
4 x router
4 x switch
1 x İnternetə çıxış
1 x Sabit İP adres
1 x işçi stansiyası
1 x Access Server
1 x konsol kabel
Tələb olunan sayda ethernet kabellər və fiber patch kordlar.
Qeyd - İstəyə bağlı olaraq, cihazlar dəyişdirilə bilər, misal üçün 4 router əvəzinə 2 router + 2 Firewall, və s.
Qiymətlər:

1 saat üçün ödəniş 15 azn. 4 saat üçün ödəniş 50 azn. 8 saat üçün ödəniş 80 azn.

Daha uzun müddətli və qrup şəklində məşğələlər üçün ödəniş haqqı individual olaraq və razılaşma əsasında təyin edilir. Məşğələ zamanı mütəxəssislər qəhvə və çay məkanından məhdudiyyətsiz istifadə etməyə dəvətlidilər.

MY ACCOUNT

Login

Lost your password?